Prezident Ərdoğandan önəmli açıqlamalar

Bölmə: Dünya › ,
Tarix: 19:53 31.07.2025

Prezident Rəcəb Tayyib Ərdoğan, Qabon Prezidenti Bris Kloter Oligi Nquema ilə birgə mətbuat konfransında önəmli açıqlamalar verib.


Ərdoğanın açıqlamalarından əsas başlıqlar belədir:


Dəyərli mətbuat nümayəndələri, sizləri ən səmimi hisslərimlə salamlayıram. Prezident cənab Nquema və nümayəndə heyətini qarşılamaqdan məmnunluq duyuruq. Dostluğumuzu daha da inkişaf etdiririk.


Gələn həftə Qabonda keçiriləcək parlament seçkilərinin ölkənin sabitliyinə töhfə verəcəyini düşünürəm. Aramızdakı əməkdaşlıq potensialını ətraflı şəkildə dəyərləndirmişik.


Cənab Nquemanın rəhbərlik etdiyi inkişaf strategiyası çərçivəsində, mənzil, enerji, rəqəmsal transformasiya kimi sahələrdə özəl sektorumuzun iştirak etməyə hazır olduğunu onlara bildirdik. Kənd təsərrüfatı, balıqçılıq, elmi və texnoloji sahələrdə də təcrübəmizi paylaşmağa hazırıq.


Yeni təhsil müəssisələri açmağı hədəfləyirik. Qabon, Afrikada FETÖ ilə mübarizəmizə ən sürətli dəstək verən ölkələrin başında gəlir.


Qəzzədəki vəhşiliyə səssiz qalmaq mümkün deyil. Zülmün dayandırılması üçün nə lazımdırsa, edirik.


Haber Global
Xəlilli Nigar