Şota Maxaradze:-Daha çox riskli oynamağa məcbur idik

Bölmə: Dünya › ,
Tarix: 22:19 31.07.2025

"Rəqibi mərhələ adladığına görə təbrik edirəm”.


"İnformator.az" xəbər verir ki, bunu Moldova "Petrokub"unun baş məşqçisi Şota Maxaradze Bakıda "Sabah"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

 

Gürcüstanlı mütəxəssisin sözlərinə görə, İlk oyundan sonra komandası çətin duruma düşüb: "Bu gün də bir az daha çox riskli oynamağa məcbur idik. Bunun nəticəsində iki qol buraxdıq, sonra qol vurub oyuna dönə bildik. Amma ilk hissənin sonunda lazımsız iki qol buraxdıq, belə səhvlər bağışlanmır".

 

O, ilk matçda 82 dəqiqə ərzində bərabər oyunun getdiyini vurğulayıb: “Hər iki komandanın qol momentləri olurdu. İkinci oyun sadəcə olaraq, birincinin davamı idi. İlk oyunda özümüzü çətin duruma saldıq”.


Maxaradze məğlubiyyətin onun karyerasına təsir edəcəyini etiraf edib: “Belə uduzmaq heç xoş deyil. Fikrimcə, kifayət qədər yaxşı komandamız var. Futbolda belə məqamlar olur və bunu qəbul etməliyik”.