Seul vətəndaşlarına Şimali koreyalılarla məhdudiyyətsiz görüşə icazə verib

Tarix: 22:22 31.07.2025
Cənubi Koreyanın birləşmə naziri Çunq Donq-yonq ölkə vətəndaşlarının Şimali koreyalılarla məhdudiyyətsiz görüşə icazə veriləcəyini açıqlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Çunq jurnalistlərə bildirib ki, o, vətəndaşların Şimali koreyalılarla əlaqə tələblərini rədd edən nazirlik təlimatlarının ləğvini təsdiqləyib.
Nazir görüşlə bağlı əvvəlcədən xəbərdarlıq edildikdən sonra Cənubi Koreya vətəndaşlarına Şimali Koreyalılarla məhdudiyyətsiz əlaqə saxlamağa icazə verəcəklərini açıqlayıb.
Çunq bu addımın iki ölkə vətəndaşları arasında əlaqələrin inkişafına töhfə verəcəyini deyib.