"TikTok"da daha bir təhlükəli trend- Mütəxəssislərdən mühüm XƏBƏRDARLIQ

Tarix: 12:29 24.08.2023
Bu günlərdə "TikTok" sosial şəbəkəsində valideynlərin uşaqlarının başında yumurta sındırdığı videolar yenidən gündəm olub. Mütəxəssislər bu görüntülərlə bağlı çox həyəcan təbili çalırlar.
Sosial şəbəkələrdə #eggprank həştəqi ilə paylaşılan videolarda tez-tez valideynin mətbəxdə azyaşlı uşağının başındaa yumurta sındırdığı, uşaqların ağlaması, üzülməsindən həzz almaları göstərilir. Bu azmış kimi, valideynlər əyləncələrini üstün tutaraq, sanki övladlarının incidildiyini və alçaldıldığını anlamırlar.
NBC News-a danışan ekspertlər psixoloji təsirdən əlavə, zarafatların uşaqların başında qançırlara səbəb ola biləcəyini, yumurtalardan mikroblar əmələ gətirəcəyi ilə bağlı ciddi xəbərdalıq edirlər. Çiy yumurtanın tərkibində salmonella ola biləcəyi ilə bağlı xəbərdarlıq edən həkimlər valideynlərin hərəkətini birmənalı qarşılamırlar.