SOSİAL ŞƏBƏKƏLƏRDƏKİ XARAKTERİ MÜƏYYƏNLƏŞDİRƏN TESTLƏR DOĞRUDURMU?

Bölmə: Araşdırma › ,
Tarix: 17:44 17.10.2023

Sosial şəbəkələrdə qarşımıza bir sıra psixoloji testlər çıxır. Həmin testlər insanların xarakterini "analiz" etmək məqsədi ilə paylaşılır. Bəs bu testlər nə dərəcədə doğrudur?

 

Ailə və uşaq psixoloqu Aynur İsmayılova qeyd edir ki, sosial şəbəkələrdə insanların xarakterini analiz edən testlər, yazılar doğru deyil. "Bu testlər hər xarakterə uyğun olmaya da bilər. Birinin əldə etdiyi nəticə digərinə uyğun gəlməyə də bilər. Sosial şəbəkələrə meyilli, orada çox vaxt keçirən insanlar həmin testlərdən istifadə edib doğruluğunu özləri üçün yanlış inanca çevirə bilərlər. Yanlış inancla hərəkət etdikdə isə özlərinə mənfi zərər verir".

 

ÇİNARƏ MURADOVA