Yaşıl alçanın bilinməyən faydaları
Bölmə: Araşdırma › ,Tarix: 23:35 17.10.2023
Yaşıl alça həm dadına, həm də verdiyi faydalara görə tez-tez insanlar tərəfindən sevilir. Tam C vitamini mənbəyi kimi tanınan yaşıl alça kalsiumla da zəngindir. Buna görə də bir çox xəstəliyə qarşı faydaları ilə də məşhurdur.
Tərkibində lif, A, C və K vitaminləri və natrium kimi sağlamlıq üçün faydalı ola biləcək vitamin və minerallar var. Sözügedən turş meyvənin 100 qramında orta hesabla 47 kalori olduğu məlumdur. Bundan əlavə, yaşıl alça duz əlavə etmədən qəbul edildikdə daha faydalıdır. Çünki bu meyvəyə duz əlavə olunduqda orqanizmdə ödəmin yaranma riskini artırır.
Yaşıl alça insan sağlamlığı üçün çoxlu faydalar təmin edir. Yaşıl alça üzvi turşu ilə zəngin bir meyvə kimi tanınır. Bu üzvi turşular bədəni qələvi saxlamağa kömək edir. Ayran, qatıq və pendir kimi süd məhsulları ilə birlikdə qəbul edildikdə kalsiumun udulmasını artırır, sümük və diş sağlamlığı üçün faydalı ola bilir. Ət, balıq, yumurta və hinduşka kimi zülalla zəngin qidalarla birlikdə qəbul edildikdə, bu qidaların turşu təsirini neytrallaşdırmağa kömək edir. Nəticədə, maddələr mübadiləsi dəstəklənir və arıqlama proseslərinə müsbət təsir göstərməyə kömək edir. Həll olunan liflə zəngin olan yaşıl alça həzmi asanlaşdırır və qəbizlik problemlərinin qarşısını alır. Müntəzəm şəkildə qəbul edildikdə diş ətini gücləndirməkdə faydalıdır. Tərkibində yüksək C vitamini olan yaşıl alça immunitet sistemini gücləndirməyə kömək edir.
Fatimə Mustafayeva
Mənbə: CNN Türk