Pul yığmaq üçün hansı dəyişiklikləri etməli?
Bölmə: Araşdırma › ,Tarix: 23:08 18.10.2023
Ehtiyacınız olan qədər alın
Gələcəkdə daha rahat yaşamaq üçün bu gün ehtiyacınız olandan çox pul xərcləməyin. Onun yerinə yığmağa çalışın.
Pul yığmaq üçün qab
Pul yığmaq üçün qab alın. Əlinizə düşdükcə bura pul atın. Yığmaqdan zövq alacaqsınız. Bir gün yığdığınız pulları götürəndə çox sevinəcəksiniz.
Özünüzə qaydalar qoyun
Riayət etməli olduğunuz qaydalar qoyun və özünüzlə razılaşın. Aylıq xərclərinizi müəyyənləşdirin. Limitlərinizi müəyyənləşdirərkən hesab aparmaqdan çəkinməyin. Yığdığınız pulları vacib hallar olmadıqca istifadə etməyin.
Borclardan xilas olun
Pul yığmaq üçün ilk növbədə borcunuz olmamalıdır. Artıq borcsuz həyat tərzinə özünüzü öyrəşdirin. Bankdan kredit götürməkdən uzaq olun. Yığdığınız pulun havaya getməsini istəmirsinizsə, ilk növbədə borclarınızı ödəyin.
Qeyd tutun
Etdiyiniz bütün xərcləri qeyd edin. Beləliklə, xərclərinizi izləyə bilərsiniz, aylıq ehtiyacınızı müəyyənləşdirə bilərsiniz.
Həcər Əmiraslanlı