Ənciri qurudub yeyin
Bölmə: Araşdırma › ,Tarix: 09:13 21.11.2023
Əncir tərkibində olan kalium, kalsium, antioksidantlar, A, E və K vitaminləri ilə sağlamlığı qorumağa kömək edir. Quru əncirin faydaları saymaqla bitməz.
İnformator.az xəbər verir ki, qurudulmuş əncir bir çox xəstəliklərin qarşısını alır. Onun faydaları nədir?
Vitamin və minerallarla zəngin bir meyvə olan əncirin faydaları kifayət qədər yüksəkdir. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Ümumiyyətlə, üstünlük verilən qurudulmuş əncir pəhriz zamanı çox istifadə edilməlidir. Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Bununla belə, quru əncirin faydaları ilə yanaşı, təzə əncirin də faydaları saymaqla bitməz.
Qəbizliyin müalicəsində quru əncir təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksək olur. Bu səbəblə daha da ölçülü şəkildə istehlak edilməlidir.
Tərkibindəki şəkərin yüksək olması və qanda şəkərin qəfil artması səbəbiylə diabet xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları və istehlak ediləcəksə 1 ədəddən çox əncir yeməmələri tövsiyə olunur.
Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.
Əncirin tərkibində yüksək miqdarda lif var. Bu sayədə qalıqların bağırsaqdan sürətlə keçməsini təmin edərək suyu bağırsağa çəkir. Bundan əlavə, tərkibindəki probiotiklər həzm sisteminin sağlamlığını yaxşılaşdırır. Bu çərçivədə əncir qəbizliyin qarşısını almaqda təsirlidir.