Göz sağlığınız üçün bu qidaları yeyin

Bölmə: Araşdırma › ,
Tarix: 10:58 21.11.2023

Əgər gözünüzdə problem varsa, yeyib-içdiyinizə fikir verməlisiniz. Çünki bəzi qidalar gözlərə zərər verə, bəziləri isə müsbət təsir edə bilər.

 

İnformator.az xəbər verir ki, gözünüzdə problem varsa, bu qidalardan çox yeyin.

 

Çiyələk - Tərkibi C vitamini ilə zəngindir. Gözə olduqca müsbət təsir edir.

 

Portağal - Tərkibindəki beta antioksidanı, C vitamini var. Zəif görməyə müsbət təsir edir.

 

Qatıq - Tərkibindəki A vitamini göz allergiyasına xeyirdir.

 

Badam - Tərkibindəki E vitamini gözü sağlam saxlayır.

 

Yumurta - İçərisindəki bir çox vitamin sizi göz xəstəliklərindən qoruyacaq.

 

İspanaq - Tərkibində lütein var ki, bu da gözünüzü daim sağlam saxlayacaq.