Uzaq Sahillərin Qəhrəmanı - Mixaylo
Bölmə: Araşdırma › ,Tarix: 23:50 22.12.2023
Bu gün Azərbaycanın Mixaylo ləqəbi ilə tanınan qəhrəmanı Mehdi Hüseynzadənin doğum günüdür.
Mehdi Hüseynzadənin doğum günü ilə bağlı İnformator.az-a açıqlama edən tarixçi pedaqoq Sevinc Cəfərova Mehdi Hüseynzadə haqqında məlumat verib.
"Mehdi Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Gəncliyində qıvraq zəkası ilə yaşıdlarından seçilən Mehdi vətəninə çox bağlı idi. İkinci dünya müharibəsinin başladığını xəbər tutanda o, ailəsinin israrlarına baxmayaraq könüllü olaraq ordu sıralarına qatılıb və vətənini şərəflə müdafiə edib.
1942-ci ildə cəhbəyə göndərilən Mehdi, Stalinqradda şiddətli döyüşlər baş verəndə Minaatanlar tağımının komandiri vəzifəsində çalışır lakin 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq, almanlara əsir düşür.
1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçdı və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşuldu. Yanvarın ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda M.Hüseynzadə alman zabiti formasında alman kazarmalarına daxil oldu, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı partlatdı. Partizan fəaliyyəti zamanı almanlara ağır itkilər verdirən Mehdi Hüseynzadə 1944-cü ilin noyabrın 2-də tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak oldu. Ölümündən sonra Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verildi".
Yusif Mamedov