Nanə çayının faydaları nələrdir?
Bölmə: Araşdırma › ,Tarix: 18:27 27.12.2023
Aromatik bitki olan nanə quru və yaş formada olur. Salat və şorbalarda buraxdığı təravətləndirici qoxu da rahat bir həzmdən xəbər verir. Vətəni Aralıq dənizi və Anadolu coğrafiyası olan nanə, eyvandakı qablarda da yetişə bilir. Nanə əslində sadəcə bir bitki deyil. Bir çox mədəniyyətdə qonaqpərvərliyi təmsil edir.
Mədə qoruyucusu
Nanə çayında olan minerallar mədə turşularını balanslaşdırır və mədə problemlərini aradan qaldırır. Nanə çayı yeməkdən sonra yarana biləcək mədə spazmı kimi hallara qarşı çox faydalıdır.
Təbii ağrı kəsici
Nanə çayı idmançıların, əzələ və sümük ağrılarından şikayət edənlərin köməyinə gəlir. Nanə çayı içməklə, dərmana ehtiyac duymadan əzələ və oynaq ağrılarını aradan qaldıra bilərsiniz. Nanə çayının faydaları arasında ağrıkəsici təsiri də qoxusu ilə əlaqədardır.Təravətləndirici qoxusu ilə stresslə bağlı ağrıları da azaltmaq olar.
Stressi aradan qaldırır
Nanə çayının ən xoş təsiri stressi aradan qaldırmasıdır.Nanə çayının tərkibində mentol var. Mentol sayəsində ağıl stimullaşdırılır və sinir sistemi nəzarət altına alınır.Stress və gərginlik kimi psixoloji vəziyyətlər nanə çayı ilə aradan qaldırıla bilir. Yuxu pozğunluğu olanlar üçün də çox təsirlidir.
İmmunitet sistemini gücləndirir
Tərkibində çoxlu A və C vitaminləri olan nanə quru və ya yaş formada immunitet üçün uyğundur. Təzə və qurudulmuş nanə ilə hazırlanan nanə çayı immunitet sisteminizi qorumaq vəzifəsinə malikdir. İnfeksiya əleyhinə təsiri olan nanə çayı ilə bütün qışı sağlam və məhsuldar keçirə bilərsiniz. Bütün bədən sisteminizi qoruyan nanə çayı sizi xərçəng, infeksiya və iltihab kimi xəstəliklərdən qoruyur.
Dərini Qidalandırır
Nanə çayı dəriyə də faydası olan zəngin bir içkidir. Antioksidant maddələrdə güclü olan nanə çayı dərini zədələyən toksinlərin atılmasını asanlaşdırır. Nanə çayı içməklə dərinizin nəm balansını qoruyursunuz.
Fatimə Mustafayeva
Mənbə: Nefis yemek tarifleri