“Xiaomi” ən yaxşı avtomobil şirkəti olmağı planlayır

Bölmə: Araşdırma › ,
Tarix: 13:41 28.12.2023

Çinin “Xiaomi” şirkəti ilk elektrikli maşınını tanıdıb. Məhsullarının əksər hissəsi smart telefonlardan ibarət olan “Xiaomi”, dekabrın 28-də ilkə imza ataraq elektrikli avtomobilin üzərindəki örtüyü qaldırıb və bu yöndəki hədəflərinin avtomobil istehsalında lider şirkətlərin sırasında yer almağın olduğunu qeyd edib.

 

“Su7” adıyla tanıdılan sedanın, şirkətin populyar smart telefonlarıyla ortaq əməliyyat sistemində fəaliyyət göstərəcəyi planlanıb. Lakin problem orasındadır ki, yeni tanıdılan maşın dünyanın ən böyük avtomobil bazarının tutum artıqlığı və azalan tələbin var olduğu “satış müharibəsində” istifadəçilərin öhdəliyinə təqdib olunub. Təqdimat mərasimində çıxış edən şirkətin baş icraçısı Lei Jun çıxışında, növbəti 15-20 il ərzində çox çalışaraq, Çinin ümumi avtomobil sənayesini yüksəltməyə çalışan dünyanın ən yaxşı 5 avtomobil istehsalçısından birinə çevriləcəklərini qeyd edib. Xiaomi markalı avtomobillər Pekin fabrikində illik 200 000 avtomobil istehsal edən dövlət avtomobil istehsalçısı BAIC Group-un bölməsi tərəfindən istehsal ediləcək.

 

Əli Məmmədli