Rəqəmsal və “Qaranlıq” əsr

Bölmə: Araşdırma › ,
Tarix: 18:25 09.01.2024

Yoxlanılmamış dezinformasiya, süni intellektin yaratdığı məzmun və məlumat körpüsünü qaldıran sosial platformalar sayəsində onlayn mühitdə etibarlılıq ən aşağı səviyyəyə çatıb. Tədqiqatçılar üçün sosial media həmişə məlumatlara daha çox çıxış, bilik istehsalında daha demokratik iştirak və sosial davranışla bağlı böyük şəffaflığı təmsil edib. Xüsusilə siyasi böhranlar, böyük media hadisələri və ya təbii fəlakətlər zamanı baş verənləri dərk etmək “X” və ya “Facebook” kimi platformaya baxmaq qədər asandır. 2024-cü ildə isə bu, artıq mümkün olmayacaq.

 

2024-cü ildə sosial media platformaları Veb 2.0 məntiqindən uzaqlaşaraq, süni intellektin yaratdığı məzmunun diktə etdiyi platformaya keçdiyi üçün dəhşətli dərəcədə rəqəmsal qaranlıq dövrlə üzləşəcəyik. Şirkətlər böyük dil modellərini onlayn xidmətlərə daxil etməyə tələsdilər, (dəqiq, əsassız cavablar) və səhvlər bizim onlayn məlumatlara inamımızı daha da sarsıtdı.

 

Bu yeni rəqəmsal qaranlıq dövrün başqa bir cəhəti başqalarının nə etdiyini görə bilməməkdən irəli gəlir. Sosial tədqiqatçılar “Twitter”in məlumatlarını çox sevirdilər, ona etibar edirdilər, çünki o, internet istifadəçilərinin əhəmiyyətli bir hissəsinin necə davrandığına dair hazır, ağlabatan təxmini təqdim edirdi. Bununla belə, Elon Musk bu yaxınlarda platformanın API-yə pulsuz girişi dayandırdığını elan etdikdən sonra tədqiqatçıları “Twitter” məlumatlarından kənarlaşdırdı. Bu, ictimai sağlamlıq, təbii fəlakətlərə reaksiya, siyasi kampaniya və iqtisadi fəaliyyət kimi mövzularda araşdırma üçün lazım olan məlumatların əldə edilməsini çətinləşdirdi, hətta qeyri-mümkün etdi. Bu, müasir internetin heç vaxt azad və ya demokratik olmadığını, əksinə divarlarla əhatə olunduğunu və idarə olunduğunu xatırladan sərt bir xatırlatma idi.

 

Platforma şirkətləri ilə daha sıx əməkdaşlıq həll yolu deyil. Məsələn, “X” bir platformada nifrət nitqinin artmasına işarə edən müstəqil tədqiqatçılara qarşı iddia qaldırıb. Bu yaxınlarda o da məlum olub ki, Facebook və Instagram-ın məlumatlarından platformaların ABŞ-da 2020-ci il seçkilərindəki rolunu öyrənmək üçün istifadə edən tədqiqatçılara Meta tərəfindən “icazə ilə müstəqillik” verilib. Bu o deməkdir ki, şirkət öz məlumatlarını hansı layihələrlə paylaşacağını seçir və tədqiqat müstəqil ola bilsə də, “Meta” həmçinin hansı növ sualların verildiyinə və onları kimin verdiyinə nəzarət edir.2024-cü ildə ABŞ, Hindistan, Meksika, İndoneziya, Böyük Britaniyada seçkilərin yaxınlaşması ilə bağlı gözləntilər yüksəkdir. İndiyədək onlayn “yoxlanış mərkəzləri” sosial media platformalarında manipulyasiya, qeyri-müəyyən davranış və zərərli məzmuna dair sübutlar üçün müstəqil şəkildə monitorinq aparırlar. Bununla belə, sosial media platformalarının məlumatların əldə etməsində dəyişikliklər, eləcə də generativ süni intellekt dezinformasiyasının partlaması o deməkdir ki, tədqiqatçıların və jurnalistlərin əvvəlki milli seçkilərdə onlayn fəaliyyəti izləmək üçün hazırladıqları alətlər işləməyəcək. Öz əməkdaşlıqlarımdan biri olan “AI4TRUST” dezinformasiya ilə mübarizə üçün yeni alətlər hazırlayır, lakin bu dəyişikliklərə görə bizim səyimiz dayandı.

 

Tərcümə edən:Əli Məmmədli

Mənbə:Wired