Rekord səviyyədə enerji istehsalı...

Bölmə: Dünya › ,
Tarix: 18:05 09.02.2024

Böyük Britaniyada yerləşən JET adlı laboratoriyada aparılan təcrübədə nüvə sintezindən istifadə edilərək rekord səviyyədə enerji istehsal edildi.

 

Atomların bir araya gəlməsi ilə meydana gələn birləşmə, Günəş və digər ulduzların enerji istehsal etmələrini təmin edən bir prosesdir. Alimlər 70 ildir ki, yer üzündə bu prosesi təkrarlayır, yüksək miqdarda təmiz və atmosferi qızdırmayan nüvə enerjisi istehsal etməyi hədələyirlər. 40 ildən artıqdır füzyon tədqiqatlarının aparıldığı JET laboratoriyasında çalışan avropalı alimlər “Daha əvvəl heç vaxt etmədiyimiz şeylərə nail olduq"dedi. Nüvə sintezi prosesi zamanı kiçik atom hissəcikləri qızdırılır və birlikdə gəlməyə məcbur edilir. Beləliklə, daha ağır hissəcik əmələ gətirir və faydalı enerji buraxır. Bu proses kommersiya səviyyəsinə uğurla çatdırılarsa, heç bir karbon emissiyası olmadan sonsuz miqdarda təmiz enerji istehsal edilə bilər. Bu, külək və günəş kimi bərpa olunan enerji mənbələrində olduğu kimi hava şəraitindən asılı deyil. Lakin ekspertlər bunun asan olmadığını deyirlər. Mançester Universitetində Nüvə Fusion Tədqiqat İşçisi Aneeqa Khan deyir: "Atomların yer üzündə birləşməsi üçün Günəşdən 10 dəfə yüksək temperaturlara ehtiyacımız var. Yəni təxminən 100 milyon dərəcə istilik və uzun müddət kifayət qədər atom sıxlığı lazımdır".

 

JET təcrübəsində 5 saniyə ərzində 69 meqajoul enerji istehsal edilib. Bu, yalnız 4-5 vanna otağını qızdırmaq üçün kifayətdir. Nüvə birləşməsindən istifadə edən elektrik stansiyaları hələ də uzaq bir xəyaldır, lakin hər təcrübə bizi bir addım daha yaxınlaşdırır. London İmperial Kollecində Kosmos, Plazma və İqlim Araşdırma Qrupunun rəhbəri Prof.Stüart Mangles “JET-in son araşdırmasının yeni nəticələri çox həyəcan vericidir"deyir.

 

"Bu nəticə beynəlxalq əməkdaşlığın gücünü nümayiş etdirir. Avropanın hər yerindən yüzlərlə alim və mühəndisin əməyi olmasaydı, bu nəticələr əldə olunmazdı".

 

Aytac Kərimova 

Mənbə: BBCTürk