Geyimlərin təkrar emalı artıq daha sürətli və ucuzdur

Bölmə: Maraqlı › ,
Tarix: 23:12 26.07.2024

Kimya və biomolekulyar mühəndislər qrupu bu yaxınlarda toxuculuq məhsullarında lifləri kimyəvi cəhətdən ayırmaq üçün bir üsul inkişaf etdirdi. Bu üsul toxuculuq məhsullarının ənənəvi üsullarla müqayisədə daha tez və daha ucuz təkrar emalına imkan verir.

 

Sadəcə klassik ağ köynəyin istehsalı üçün tələb olunan suyun miqdarı, təxminən, 2700 litrdir. Nəzərə alsaq ki, hər il dünyada 2 milyard köynək alınır, israf edilən suyun miqdarı kifayət qədər pisdir. Hər il istehsal olunan bütün toxuculuq məhsullarının təxminən 85%-nin tullantılara getdiyini nəzərə alsaq, moda meyllərinin sürətli dəyişməsi o deməkdir ki, bu gün 2000-ci illə müqayisədə hər il iki dəfə çox geyim istehsal olunur. Paltarlar yeni dəblər çıxana qədər qısa müddətə geyinilir. Paltarların istehsal prosesi zamanı ətraf mühitə dəymiş ziyanın təkrar emal yolu ilə müəyyən qədər azaldılmasına çalışılır. Lakin paltarların tərkibində pambıq və polyester kimi birdən çox materialın olması təkrar emal prosesinə mənfi təsir göstərir. Qlobal miqyasda toxuculuq tullantılarının 0,5%-dən az hissəsi təkrar emal olunur, qalan hissəsi isə atılır və ya yandırılır.

 

Kimya və biomolekulyar mühəndislər qrupu bu yaxınlarda müxtəlif növ materiallardan istifadə etməklə istehsal olunan tekstil liflərini kimyəvi cəhətdən ayırmaq üçün yeni üsul işləyib hazırlayıb. Ənənəvi üsullarla müqayisədə daha sürətli və daha ucuz olan bu üsulda tədqiqatçılar bir tekstil məhsulunda müxtəlif növ materiallar arasında yaranan bağları qırmaq üçün kimyəvi reaksiyadan istifadə ediblər. Prosesi sürətləndirmək üçün mikrodalğalı radiasiyadan alınan istilikdən və sink oksidi katalizatorundan istifadə ediblər. Tədqiqat qrupu ilk olaraq 15 dəqiqə ərzində tamamlanan təkrar emal prosesini 100% polyester material, 100% pambıq material və 50% polyester və 50% pambıq materialdan ibarət ağ parça nümunələri üzərində həyata keçirib. Bu üsulla 100% polyester parçanın 90%-i sonradan polyester material kimi istifadə oluna biləcək bir molekula çevrilə bilər. 100% pambıq parça 7,8% kütlə itkisi ilə pambığa çevrilib. 50% polyester və 50% pambıq parçaya gəldikdə, hər iki material ayrıca təkrar emal edilə bilər. Komanda rəngli parçaların təkrar emalı ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirir.

 

Məqalənin təfərrüatlarını Science Advances jurnalında tapa bilərsiniz.

 

Mənbə: https://bilimgenc.tubitak.gov.tr/makale/kiyafetlerin-geri-donusumu-artik-daha-hizli-ve-daha-ucuz

 

Tərcümə etdi: Aydan Qasımova