Çinin gələcək layihələrdə də qarşılıqlı, faydalı əməkdaşlığa can atması gözləniləndir-Deputatdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:20 09.02.2024
"Azərbaycan Vətən müharibəsində qələbəsi və suverenliyini tam bərpa etməsi ilə regionda yeni reallıqlar yaradan ölkə statusunu qazanıb".
Bu sözləri informator.az-a açıqlamasımda Milli Məclisin üzvü Vüqar İsgəndərov söyləyib. Deputat bildirib ki, Çin sədrinin cənab prezidentə məktub ünvanlaması və həmin məktubda iqtisadi əlaqələrin inkişafına işarə verməsi artıq ölkəmizin böyük, dünya əhəmiyyətli məsələlərdə vacib faktora çevrilməsinin bariz nümunəsidir.
"Əlbəttə ki, Çin indiki situasiyada dünyanın ikinci iqtisadi gücüdür. Dünya iqtisadiyyatını Çinsiz təsəvvür etmək mümkün deyil. Belə bir ölkənin Azərbaycanla əlaqə qurmağa can atması qurur vericidir. Görünür ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir".
Vüqar İsgəndərov qeyd edib ki, Azərbaycan Vətən müharibəsindəki, qələbəsi ilə dünya nəhənglərinin diqqətini çəkib.
"Çin sədri məktubda önəmli faktorlara toxunub. Yeni dünya düzənində Azərbaycanın konkret mövqeyi ortaya qoyması bir daha onun gücünün göstəricisidir".
Müsahib eyni zamanda qeyd edib ki, Çinin gələcək layihələrdə də qarşılıqlı, faydalı əməkdaşlığa can atması gözləniləndir.
"Azərbaycanın hazırda yaratdığı və gələcək planlarında yaradacağı iqtisadi rıçaqların mərkəzində olması və bu Çindən başlayan Avropanı da əhatə edəcək böyük, qlobal layihələr və Azərbaycanda bu layihələrin mərkəzində olması bir daha onu deməyə əsas verir ki, bu bölgədə hər hansısa bir layihəni icra etmək üçün Azərbaycanla anlaşmağa və birgə əməkdaşlıq etməyə ehtiyac var".
Deputat sonda vurğulayıb ki, yeni yaranan reallıqda təkcə Çin yox digər dövlətlər də ölkəmizlə faydalı əməkdaşlıq qurmağa və perspektiv inkişafda ölkəmizlə münasibətlərini yüksək səviyyəyə qaldırmağa maraqlı olacaqlar.
Vüqar Alışov