Tədqiqat: Kran suyunun qaynadılması mikroplastiklərin zərərli təsirlərini azalda bilər
Bölmə: Araşdırma › ,Tarix: 23:41 04.03.2024
Çin alimləri suda ən çox rast gəlinən polistirol, polietilen və polipropilenin insan sağlamlığına təsirini araşdırıblar.
Araşdırma çərçivəsində tərkibində yüksək miqdarda kalsium karbonat (əhəng daşı) və maqnezium olan kran suyu qaynadılan zaman içindəki kalsium karbonatın mikroplastiklərin ətrafında toplaşaraq onları tutaraq zərərsiz hala gətirdiyi müəyyən edilib.
Araşdırmada qaynar suyun mikroplastiklərin zərərli təsirlərini tam aradan qaldırmadığı, lakin nəzərə alınan 3 plastik birləşmənin ən azı 80 faizinin zərərli təsirini aradan qaldırdığı müşahidə edilib.
Qaynadılmış kran suyunun qablaşdırılmış sudan daha təhlükəsiz olduğu və plastik çirklənmənin sağlamlığa mənfi təsirlərindən bəzilərinin bu üsulla qarşısını almaq mümkün olduğu bildirilib Yanvar ayında ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc edilən araşdırmada, bir litr qablaşdırılmış suyun təxminən dörddə bir milyon nanoplastik ola biləcəyi ortaya çıxdı.
Qeyd edək ki, araşdırma "Environmental Research Letters" jurnalında dərc olunub.
Banuçiçək Kalbalıyeva
Mənbə: HaberTürk