Türkiyə və ABŞ arasında məsləhətləşmələr keçirilib

Bölmə: Dünya › ,
Tarix: 22:41 16.04.2024

Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar ABŞ-li həmkarı, dövlət katibinin müavini Con Bass ilə görüşüb.

 

Tərəflər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə gözlənilən səfəri, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 

Məlumata görə, görüş Ankarada baş tutub. Ərdoğanın mayın 9-10-na planlaşdırılan Vaşinqtona rəsmi səfərinin hazırlanması ilə bağlı bəzi detallar razılaşdırılıb.

 

Həmçinin, Türkiyə tərəfi Rusiya-Ukrayna münaqişəsinin ədalətli və daimi diplomatik həllinə nail olmaq perspektivləri ilə bağlı fikirlərini Bassa çatdırıb. Suriya məsələsi və iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq da ətraflı müzakirə olunub.

 

Akçapar və Bass Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər. Türkiyə tərəfi qeyd edib ki, bölgədə gərginlik artmamalı və vəziyyətin sabitləşməsi üçün ilk növbədə Qəzza zolağında dərhal və daimi atəşkəsə nail olunmalıdır.

 

Mənbə: Anadolu