Dünyanın ən məşhur və ən mənalı 5 rəqəmi

Bölmə: Maraqlı › ,
Tarix: 23:22 29.04.2024

Var olan hər şeyə anlam, yaxud anlamlar yükləmə mövzusunda olduqca bacarıqlı olan insanoğlu, əlbəttə, bunu rəqəmlərə də edib

 

Və tarix boyu rəqəmlər fəlsəfədən dinə, parapsixologiyadan astrologiyaya qədər bir çox sahədə 'nələrisə izah etmək və ya gizlətmək' üçün istifadə edilmişdir; xüsusilə 5.

 

 *Bütün zamanların ən maraqlı rəqəmi: 1* 

 

Təbiətdə mövcud olan hər şey 1-dən başlayır. Filosof və ilahiyyatçıların əksəriyyəti 1-i Tanrının, bütövlüyün və gerçəkliyin ifadəsi kimi qəbul edir.

 

 *Mövcudluğu şübhə doğuran rəqəm: 0* 

 

0 boşluğu, heçliyi, heç bir şeyi təmsil edir. Bu, nə müsbət, nə də mənfi olan yeganə rəqəmdir. Fəlsəfədə ona son rəqəm deyilir.

 

 *Həm riyaziyyatda, həm də inanc sistemlərində mühüm yer tutur: 7* 

 

7 gün, 7 qat göy, 7 qitə, 7 klassik planet, Hinduizmin 7 hökmdarı, 7 ölümcül günah. 7 bəzi inanclarda mükəmməl rəqəmdir.

 

 *Təbiət və ilahiliyin sayı: 3* 

 

3 bir çox mədəniyyət və inanclara görə uğurlu rəqəmdir. Effektiv və balanslıdır. Sevgi, bilik və müvəffəqiyyəti simvolizə etdiyi kimi, bəzi inanclarda da Allahın təcəllilərini aşkar etmək üçün istifadə edilir. Məsələn: Ata, oğul və müqəddəs ruh.

 

 *Həmişə müsbət və sirli tapılan 9:* 

 

Bu, "yaxşı" olmağın simvolu olan rəqəmlərin sonuncusudur. Saysız-hesabsız mədəniyyət və inanclarda olduğu kimi, türk mədəniyyətində də mühümdür. Türk mifologiyasına görə dünyanı yaradan Qara Xan dünyanın mərkəzində 9 budaqlı şam ağacları əkib.

 

Aydan Qasımova