"Zəngəzur mövzusunda razılaşma hələki üfüqdə görünmür"-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:57 29.04.2024
İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir.
Bu barədə "informator.az"a açqlamsında politoloq Natiq Miri bildirib ki, danışıqların iki tərəfli müstəvidə getməsi Azərbaycanın uğurudur:
"Münaqişədə vasitəçi olmaq istəyən qlobal güclər oyundan kənarda qaldı. Azərbaycan ikitərəfli müstəvidə dialoq aparmaq istəyir. Qazaxıstan bu görüşdə vasitəçi deyil. Sülh müqaviləsinin imzalanması realdır. Hər iki tərəf sülhdə maraqlıdır. Müzakirə olunacaq sülh müqaviləsinin prinsipləri razılaşdırılıb. Bu işin əsas çətinliyi, tərəflərin mənafeylərinin təmin olmasıdır".
Politoloq əlavə edib ki, düyünlü məsələləri sonraya saxlamaq lazımdır:
"Zəngəzur mövzusu sülh müqaviləsində yer almalıdır. Bu mövzuda çox ciddi rəqabət var. Bu mövzuda razılaşma hələki üfüqdə görsənmir. Düşünürəm ki, perspektivdə bu məsələ öz həllini tapa bilər. Azərbaycan tərəfi belə bir təklif irəli sürdü ki, Ermənistanın ərazisindən keçəcək Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması tək erməni əsgərinə yox, həmçinin beynəlxalq nəzarət sistemi olsun. Prezidentin son təklifi birbaşa Azərbaycan dövlətinin Zəngəzur məsələsinin həllinə nə qədər önəm verdiyinin bariz nümunəsidir".
Vüqar Alışov