BDU-nun Jurnalistika fakültəsi tələbələri "Şərq" qəzetini ziyarət edib

Bölmə: MEDİA › ,
Tarix: 22:03 29.04.2024

Bu gün Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri(Jk-089)un fakültənin Print-media fənninin tədrisi üzrə müəllim Kənan Novruzovla birlikdə "Şərq" qəzeti ilə görüşüb.

 

Burada tələbələr qəzetin baş redaktoru Akif Aşırlı və heyət üzvləri ilə tanış olub, qəzetlə bağlı maraqlı faktlara yiyələniblər. Eləcə də dövrünü tamamlamış qəzet, jurnalların orijinal formaları mətbuatda muzey halında qorunur ki, bu barədə də ətraflı şəkildə məlumatlanıb, müzakirələr edilib. Daha sonra baş redaktor Akif Aşırlı qəzet barəsində fikirlərini qeyd edərək, onun müasir Azərbaycan oxucusunun zövqünün formalaşmasında, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin xalqa çatdırılmasında tarixi missiyasını şərəflə yerinə yetirməyi bacaran mətbuat orqanlarından biri olduğunu qeyd edib. Davam olaraq tələbələr mətbuatın redaksiya,nəşr və bir sıra müxtəlif məkanı ilə tanış ediliblər.

 

Sonda baş redaktor Akif Aşırlı tələbələrin hər birinə mətbuatımızla bağlı müxtəlif kitablar hədiyyə edərək,onlara uğurlar arzulayıb və xatirə foto ilə görüş yekunlaşıb.

 

Aytac Kərimova