Ak Partiyadan Ərdoğanın səfəriylə bağlı açıqlama

Bölmə: Dünya › ,
Tarix: 22:42 02.05.2024

Prezident Rəcəb Tayyib Ərdoğan ilə CHP sədri Özgür Özəl arasında AK Partiya Ümumi Qərargahında keçirilən görüş başa çatıb. Görüş 1 saat 35 dəqiqə davam edib. Görüşdən sonra Özgür Özəl AK Partiya Ümumi Mərkəzini tərk edib. Özgür Özəl çıxışda onu gözləyən mətbuat mənsublarına açıqlama verməyib.

 

AK Partiya sədr müavini Mustafa Elitaş Özgür Özəli maşınına qədər müşayiət edib. Görüşdən sonra Özgür Özel CHP Ümumi Mərkəzinə gedib. Özəlin burada heyəti ilə görüşməyi düşünəcəyi bildirilib. Yığıncaqla bağlı açıqlama verən AK Partiya sözçüsü Çelik: "Səfər müsbət atmosferdə keçdi. Cumhurbaşkanımız öz təqvimlərinə uyğun bir zamanda cavab səfəri edəcək"- dedi.

 

Mənbə: CNN turk

Mayıl Soltanov