Yalanın yaranma səbəbləri-Psixoloq AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 22:22 16.05.2024
Elm adamlarına görə, aldatma dərəcəsi həmişə fərqli olsa da, bütün insanlar istisnasız olaraq yalan danışırlar. Bəziləri üçün bunlar "zərərsiz" yalanlardır, digərləri isə demək olar ki, öz alternativ reallıqlarını yaradırlar.
Bəs insanların yalan danışmağlarının əsas səbəbləri nədir?
Yalan danışmaq insan psixologiyasından asılıdırmı?
Məsələ ilə bağlı ailə və uşaq psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlama verib. O bildirib ki, hər bir insan gün ərzində on və yaxud daha çox yalan danışa bilər.
"Bu tip yalanlar daha çox zərsiz yalanlardır və yalanların doğru olmadığı bilindikən sonra isə müxtəlif bəhanələrlə özümüzü doğru şəkildə ifadə etməyə çalışırıq.
Bu bəhanələr daha çox "onu xilas etmək üçün" , "onun xeyrinə" , "yaxşılığı üçün" kimi ifadələrdir.
Biz əslində yalan danışmağı öz valideynlərimizdən öyrənirik, çünki uşaq psixologiyası valideynin dediyi hər şeyi doğru qəbul edir və bu da onun gələcəkdə yalan danışmağına yol açır".
Psixoloq deyir ki, uşaqlar 4 yaşına qədər uydurulmuş yalan danışa bilərlər, amma uşaq 6 yaşından sonra da həmin prosesi təkrar edirsə, bu artıq güclü psixoloji problemdir.
"Yalanın yaranma səbəblərindən biri cəzalanma qorxusudur və cəzalanma qorxusu nə qədər çoxdursa, bir insan yalan danışmağa o qədər meyilli olacaq".
Mayıl Soltanov