Son xəbər: BMT-nin Srebrenitsa ilə bağlı qərarı

Bölmə: Dünya › ,
Tarix: 23:01 23.05.2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 11 iyulun “Srebrenitsa Soyqırımını Anma Günü” elan edilməsi ilə bağlı qətnamə layihəsini qəbul edib.

 

BMT Baş Assambleyasında səsvermə üçün sessiya keçirilib.

 

Sessiya mərhum İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Səsvermədən əvvəl çıxış edən Serbiya prezidenti Aleksandar Vucic qətnamə layihəsinin “həddən artıq siyasi” olduğunu müdafiə edib.

 

Hadisə ilə bağlı ayrı-ayrı günahkarların cəzalandırıldığını bildirən Vuçiç, qətnamə layihəsinin nə Bosniya-Hersoqovinada, nə də bölgədə sabitlik və birliyə töhfə verməyəcəyini, əksinə, parçalanmaları artıracağını bildirib. Vuçiç Almaniyanı qətnamə layihəsini dəstəkləməyən ölkələri təhdid etməkdə günahlandırıb və "Bunlar Avropanın dəyərləridirmi?" sualını verib.

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva