"Gənclər müasir filmlərə daha çox önəm verirlər"-Kinoşünas Aygün Aslanlı

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:26 27.05.2024

"Gənclər müasir filmləri daha çox sevirlər. Retro filmləri təkrar-təkrar izləyənlər köhnə nəsil, vaxtilə, televiziyaya çox bağlı olan insanlardır". Bu sözləri "İnformator.az"-a açıqlamasında kinoşünas Aygün Aslanlı deyib.

 

 

A.Aslanlı gəncliyi müharibə dövrünə düşən insanların həmin zamanın filmlərinə daha çox bağlı olduğunu bildirib.

 


"Belə fikir var ki, gəncliyi müharibə dövrünə düşən insanlar da həmin dövrün əzab-əziyyətinə baxmayaraq o vaxtdan həsrətlə söz açırlar. Çünki onlar müharibəni yox, cavanlıqlarını xatırlayırlar. Özlərinin güclü, sağlam olduğu zamanları göz önündə canlandırırlar. Köhnə filmlər də insanlara onların cavanlıqlarını, ötən illəri xatırladır. Kino həvəskarları var ki, onlar istər köhnə, istər yeni filmlərə eyni maraqla baxırlar. Eyni cür dəyərləndirirlər. Bir də çoxluğun yeni filmləri izləmək imkanı yoxdur. Ticarət mərkəzlərinin kino zallarında göstərilən komediyaları nəzərdə tutmuram. Bizdə yaxşı filmlər çəkilir, sadəcə onlar televiziyada nümayiş edilmir. Buna görə də çoxluğun bu filmləri izləmək imkanı yoxdur. İzləsələr, böyük ehtimal, bəyənəcəklər".

 

Çinarə Muradova