‘’Fənərbaxça’’ Fərdi üçün 30 milyon tələb edir

Bölmə: İdman › ,
Tarix: 23:18 08.07.2024

AVRO 2024-dəki performansı ilə diqqət çəkən oyunçular arasında yer alan və uzun müddətdir "Borussiya Dortmund’’ um transfer siyahısında olan Fərdi Kadıoğlunun transferi ilə bağlı məlumat yaranıb. 

 

SkyDE-nin xəbərinə görə; "Borussiya Dortmund" "Fənərbaxça"nın futbolçu üçün təyin etdiyi qiyməti yüksək hesab edir.

 

Nuri Şahinin rəhbərlik etdiyi alman komandasının "Fənərbaxça"nın yüksək transfer tələbi səbəbindən transferdən geri çəkilmək qərarına gəldiyi bildirilib. ‘’Fənərbaxça’’nın 30 milyon avrodan aşağı qiymətə bu transferi istəmədiyi bildirilib.

 

Ayaz Zeynalzadə