"Şahruddin "Qarabağ"a qayıda bilər...."-Ekspert RƏYİ

Bölmə: İdman › ,
Tarix: 20:41 15.07.2024

Qarabağ Futbol klubunda hazırda qapıçı krizi davam edir. Keçən sezonun əvvəlində "ağdamlıların" sıralarına qoşulan rus qapıçı Andrey Lunyov mövsüm sonunda klub ilə qarşılıqlı olaraq müqaviləyə xitam verdi və ayrıldı. Rus "əlcək sahibi"nin ayrılmasından sonra "köhlən atlar" Portuqaliya Vizelasindan 27 yaşlı xorvat "əlcək sahibi" Fabijan Buntiçi öz rənglərinə bağladı. Avropa Çempionatından qayıdan gürcü qolkiper Luka Quqeşaşvilinin isə Yunanıstan super liqasına transferinden sonra Ağdam klubunda 2 qapıçı qaldı və 3-cü qapıçı transferi gözləyən azarkeşlər 21 yaşlı gənc qapıçı Amin Ramazanovun 8 aylıq sıradan çıxmasından sonra klubun qapısını kimlərə əmanət edəcəyini maraqla gözləyirlər. 

 

Mövzunu "informator.az"a şərh edən futbol eksperti Aslan Kərimov bildirib ki, "Qarabağ" qapıçı problemini həmişə yaşayıb:

 

"Amma Lunyov son dövrlərdə qapıçı problemini "Qarabağ" üçün həll etdi və "Qarabağ" bu qapıçının da bəhrəsini gördü.

Yeni gətirdikləri qapıçı Buntiç 1 nömrəli qapıçı kimi gətirdiklərini düşünürəm. İkinci qapıçı kimi yerli bir qapıçıya yenidən nəzər salmalı olacaqlar. Çünki yenidən bir legioner almaq üçün müəyyən bir məbləğ xərcləməli olacaq buna görə də Buntiçi əsas qapıçı kimi öz sıralarına qatıb".

 

Ekspertin sözlərinə görə, Şahruddin qayıda bilər:

 

"Amin Ramazanov həm prespektiv olaraq, həm də potensial olaraq "Qarabağ" səviyyəsində qapıçı deyildi, onun Millidəki və "Qarabağ"dakı oyunlarında etdiyi səhvlərə görə onun Qarabağda ehtiyat qapıçı kimi düşünüldüyünü fikirləşmirəm. "Qarabağ" qapıçı ilə bağlı yenidən problemlər yaşa bilər. Hazırda yerli qapıçı üçün real namizəd yoxdur, amma Şahruddini ehtiyat qapıçı kimi "Qarabağ" öz sıralarına qata bilər. Düzdür, Şahruddin Azərbaycanda çoxlu təndiqlərə məruz qalıb, amma ehtiyat qapıçı kimi yaxşı işlər görə bilər".

 

Hüseyn İlyasov