Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək-AÇIQLAMA

Tarix: 11:28 16.07.2024
Azərbaycanın avarçəkmə üzrə millisinin üzvü Paşa Əsgərov Bolqarıstanın Plovdiv şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək.
Təlim-məşq toplanışı ilə bağlı Azərbaycan Kanoe və Avarçəkmə federasiyasının mətbuat katibi Vüsal Qurbanov "informator.az"a açıqlama verib. O qeyd edib ki, uşaqlar artıq Plovdivdədirlər:
"Sabah yarışlar başlayır. Hazırlıq prosesi yekunlaşıb. Uşaqlar məşqlərini “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiblər. Ümumi təlim-məşq toplanışından və hazırlıq prosesindən razıyıq. Ümid edirik idmançımız bu yarışlardan uğurlu nəticə ilə qayıdacaq. Medal qazana bilməsələr belə bu cür nüfuzlu yarışlar gənc avarçəkənlər üçün təcrübə baxımından önəmlidir".
Zəhra Həsənova