Ramil Şeydayev "Neftçi"də

Bölmə: İdman › ,
Tarix: 13:31 16.07.2024

"Neftçi" klubu yeni transferini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə 3 illik müqavilə imzalanıb.

 

28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Ramil Şeydayevin son klubu Türkiyənin II Liqa təmsilçisi "Kocaelispor" olub. O, çıxdığı 16 matçda 1 qol vurub. Ümumilikdə isə 318 matçda 96 qol vurmağı bacarıb.

 

Məhəmməd Qasımov