"Trabzonspor"da şok ayrılıq

Bölmə: İdman › ,
Tarix: 19:25 16.07.2024

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Trabzonspor"dan şok gediş olub.

 

Bordo-mavili komandanın ötən mövsüm Dortmund "Borussiya"sından təmənnasız transfer etdiyi Tomas Meunier kluba göndərdiyi elektron poçtla müqaviləyə xitam verdiyini açıqlayıb.

 

Belçikalı futbolçunun müqaviləyə haqsız yerə son qoyduğu bildirilib. "Trabzonspor"un qanuni hüquqlarından istifadə edəcəyi, futbolçu və gedəcəyi kluba qarşı iddia qaldırılacağı öyrənilib. Futbolçunun menecerinin Fransa klubları ilə əlaqə saxladığı iddia edilib.

 

Ötən mövsüm bordo-mavili forma ilə 19 matçda forma geyinən 32 yaşlı Meunier; O, 1 qol vurub, 7 qola ötürmə edib.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova