"Neftçi” “Sivasspor”a qalib gəldi

Bölmə: İdman › ,
Tarix: 20:05 17.07.2024

"Neftçi" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

 

"İnformator.az" xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Sivasspor”la qarşılaşıb.

 

Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Neftçi” Türkiyədə daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Məhəmməd Qasımov