Xamenei ABŞ ilə danışıqların nəticəsinə ümid etmədiyini bildirib

Bölmə: Dünya › ,
Tarix: 14:15 20.05.2025

İranın Ali Rəhbəri Əli Xamenei Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün ABŞ ilə aparılan danışıqların effektivliyinə şübhə etdiyini bildirib.

 

"İnformator.az"  xəbər verir ki, İranın ali rəhbəri bu məsələ haqqında helikopter qəzasında həlak olan İranın keçmiş prezidenti İbrahim Rəisi və digərlərinin xatirəsini anma mərasimində danışıb.

 

"Rəisi dövründə dolayı danışıqlar olub, lakin heç bir nəticə olmadı. Biz onun indi də hər hansı nəticəyə gətirib çıxaracağını gözləmirik və nə baş verəcəyini də bilmirik", - deyə Əli Xamenei bildirib.