"Zirə" Konfrans Liqasında davam edəcək!

Bölmə: İdman › ,
Tarix: 23:36 18.07.2024

Zirə FK Avropa Liqasının birinci təsnifat mərhələsində "Şerif"ə məğlub olduqdan sonra mübarizəni dayandırıb. Gərgin keçən oyunda Zirə penaltilər seriyasında 4-5 məğlub olub.

 

İnformator.az xəbər verir ki, "Zirə" mübarizəni Konfrans liqasında davam etdirəcək. Onlar 25 iyul saat 22:00-da "Dunayska Streda" ilə ilk oyuna çıxacaqlar. Birinci oyun Bakıda keçiriləcək. Cavab oyunu 1 avqust "MOL Arena"da oynanılacaq.

 

Məhəmməd Qasımov