Erling Haaland: "Futboldan bezmişik"

Bölmə: İdman › ,
Tarix: 22:58 30.07.2024

"Mançester Siti"nin dünya şöhrətli ulduzu Erlinq Haaland gərgin matç cədvəli ilə bağlı qiymətləndirmələr aparıb.

 

 

"Mançester Siti"dəki çıxışı ilə diqqət çəkən dünya şöhrətli hücumçu Erlinq Haaland gərgin oyun cədvəlinə reaksiya verib.

 

"İNDI YORĞUNUQ!"

İldə 70-ə yaxın matç oynamağın sağlam olmadığını bildirən Haaland, "İldə 70 matç oynayarkən yaxşı formada olmaq və keyfiyyəti qorumaq asan deyil! Oyunçuların AVRO2024-də nə qədər yorğun olduğunu hamımız gördük. Bu, onların performansına təsir etdi! Onların üzlərində futboldan nə qədər bezdiklərini belə görürdünüz. dedi.

 

Ötən mövsüm "Mançester Siti"nin heyətində 45 rəsmi oyun keçirən 24 yaşlı norveçli hücumçu 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

 

Mənbə: Habertürk 

Hüseyn İlyasov