Braziliyalı üzgüçü Ana Karolina Vieyraya intizam cəzası!

Bölmə: İdman › ,
Tarix: 15:08 02.08.2024

Ölkəsinə ezam olunan gənc idmançı olimpiya macərasının yarımçıq qalmasına məyus olub.

Braziliya Olimpiya Komitəsi intizamsız davranışı bağışlamadı.

 

"İnformator.az" xəbər verir ki, 2024-cü il Paris Olimpiadasında iştirak edən üzgüçü Ana Karolina Vieyra və onun komanda yoldaşı Qabriel Santos komandaya xəbər vermədən Olimpiya kəndini tərk ediblər.

 

Sonra o, estafet komandasının formatına qeyri-adekvat və aqressiv reaksiya verdikdə, Braziliya Olimpiya Komitəsi Vieyranı olimpiyadadan geri çəkdi.

 

Olimpiya yığmasından uzaqlaşdırılan 22 yaşlı idmançının Braziliyaya göndərilməsi qərara alınıb. Ana Karolina Parisi tərk etməli olmasaydı, ölkəsini daha bir yarışda təmsil edəcəkdi.

 

Gənc idmançı çox üzgün olsa da, komandasına və ölkəsinə dəstək olmağa davam edəcəyini bildirib.

 

Məhəmməd Qasımov