Çində qızıl medal

Tarix: 21:41 02.08.2024
Paris 2024 Olimpiya Oyunlarında Çin kişilər arasında sinxron 3 metr tramplinlə tullanma yarışlarında qızıl medal qazanıb.
Fransanın paytaxtı Parisdəki Su İdmanı Mərkəzində keçirilən yarışlarda çinli Lonq Daoyi və Vanq Zonqyuan 446,10 xalla qızıl medal qazanıblar.
Xuan Maunel Celaya Hernandez və Osmar Olvera İbarra ilə Meksika 444,03 xalla gümüş, Entoni Hardinq və Cek Laugherlə Böyük Britaniya isə 438,15 xalla bürünc medal qazanıb.
Mənbə: TRT Haber
Zəhra Həsənova