Okan Buruk: "Kuboku qazanmaq istəyirik"

Bölmə: İdman › ,
Tarix: 21:45 02.08.2024

"Galatasaray"ın baş məşqçisi Okan Buruk, "İki komandadan biri Türkiyə Kubokunu qazanıb, digəri Super Liqa çempionu olub. İndi hər iki komanda Super Kuboku qazanmaq istəyir. "Keçən kimi bu il də Super Kuboku qazanmaq istəyirik" deyib.

 

Ötən mövsüm Trendyol Super Liqa çempionluğunu qazanan "Galatasaray"la Ziraat Türkiyə Kubokunu qazanan "Beşiktaş" arasında sabah keçiriləcək Turkcell Superkubok matçı üçün birgə mətbuat konfransı keçirilib.

 

Qarşılaşmaya ev sahibliyi edəcək Atatürk Olimpiya Stadionunda keçirilən görüşə iki komandanın məşqçiləri və kapitanları qatılıb.

 

"Galatasaray"ın baş məşqçisi Okan Buruk, hər iki komandanın buraya gəlməyə layiq olduğunu ifadə edərək, "İki komandadan biri Türkiyə Kubokunu qazanıb, digəri Super Liqa çempionu olub. İndi hər iki komanda Super Kuboku qazanmaq istəyir. Azarkeşlər çox həyəcanlıdırlar. Ən önəmlisi kubokdur. Qalib iki komanda qarşılaşacaq. Qarşılaşmanın daha keyfiyyətli keçməsi üçün əlimizdən gələni edəcəyik. Rəqibimiz heyətinə yeni futbolçular qatıb" ifadələrini işlədib.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova