"Bu, qadın idmanına qarşı hörmətsizlikdir" -Ekspertdən ETİRAZ

Bölmə: İdman › ,
Tarix: 12:40 05.08.2024

"Transgender idmançıların yarışmasını çox böyük mənfi qarşılayıram. Qəribə məsələdir, qadının qadın yeri var, kişinin kişi yeri var. Yaxşı olardı ki, kim LGBTQ+ dəstəkləyirsə sırf onlar üçün xüsusi gender ayrılsın".

 

Bu sözləri "informator.az"a açıqlamasında idman eksperti Ağa Dadaşzadə deyib. O bildirib ki, transgenderlərin qadın idmanında yarışması barədə fikirlərindən bəhs edib:

"Kişilər kişi idmanında, qadınlar isə qadın idmanındadır. Çünki bu transgender dönüb qadın olubsa, deməli bunun fiziki gücü var. Allah yaradanda kişiləri fiziki cəhətdən daha möhkəm yaradıb. Onlar nə qədər qadın olsalar da, içlərində kişi hormonu yatır. Mən 4-5 ölkədə, bir çox şəhərdə Amsterdamda, Portoda bunların yarışlarını görmüşəm. Onların atdığı zərbələrin, vurduğu təpiklərin gücü qadınlardan çox fərqlənir. Hətta kişilərdən də, güclüləri var bunların arasında. Sırf buna görə düzgün deyil, bu idman normativlərinə ziddir. Bu fiziki və mənəvi cəhətdən qeyri-bərabərlikdir. Bu düzgün deyil, qadın idmançıları narahat edir".

 

Ekspertə görə, buna rəqabət  kimi baxmaq olmaz. Onun fikrincə, ayrıca bir kateqoriya yaradılmalıdır:

"Rəqabət baxımdan isə heç düzgün deyil. Onlar daha güclüdür. Trans idmançıların qadınlar kateqoriyasında yarışmasının mənfi cəhəti odur ki, bu əvvəl kişi olub, üstün cəhəti isə yoxdur. Bu Qadın idmanına qarşı hörmətsizlikdir. Əgər bərabərlik yaradılmalıdırsa, Trans kateqoriyası yaradılsın. Onlar cins kateqoriyası çərçivəsində cəmiyyətə təqdim olunur. Transgenderlərin sayı çoxalır və müdafiə edilirsə onlar üçün xüsusi bir kateqoriya yaradılmalıdır".

 

Məhəmməd Qasımov