Orbanın fikrincə, Putin və Zelenski arasında görüş “tamamilə mümkündür və zəruridir”

Bölmə: Dünya › ,
Tarix: 21:27 06.09.2024

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya ilə yanaşı, Ukrayna ilə də dialoqa ehtiyac var. "Əgər hər iki tərəfin qəbul edə biləcəyi sülh planını gözləsək, heç vaxt sülh olmayacaq, çünki ilk addım sülh deyil, atəşkəsdir", - Orban deyib.

Orban hər il sentyabrın əvvəlində İtaliyanın Komo gölünün sahilindəki Cernobbio qəsəbəsində keçirilən və beynəlxalq hadisələrin müzakirə olunduğu Ambrosetti Forumunda iştirak edib.
İtaliyanın ANSA agentliyinin məlumatına görə, Orban burada verdiyi açıqlamada “Putin və Zelenski arasında görüş tamamilə mümkündür və zəruridir” deyib.

Qərb ictimai rəyində “əvvəlcə sülh planı hazırlamaq, sonra danışıqlara başlamaq və sonra atəşkəs tətbiq etmək” kimi bir anlaşılmazlığın olduğunu müdafiə edən Orban, “Ancaq bu belə deyil, çünki son hadisələrə baxdığımda və şəxsi təcrübələrimə görə, demək istədiyim əvvəlcə atəşkəs, sonra dialoq və nəhayət sülh planıdır" deyə Orban vurğulayıb.

Ukrayna ilə yanaşı Rusiya ilə də dialoqa ehtiyac olduğunu bildirən Orban, "Hər iki tərəfin qəbul edə biləcəyi sülh planını gözləsək, heç vaxt sülh olmayacaq, çünki ilk addım sülh deyil, atəşkəsdir" şərh etdi.

Mənbə: Habertürk
Elnurə Kərimova