Nyu York məhkəməsi Trampın saxtakarlıqla bağlı hökmünü təxirə salıb

Bölmə: Dünya › ,
Tarix: 22:42 06.09.2024

Nyu-York məhkəməsi ABŞ prezidentliyinə namizəd Donald Trampın maliyyə saxtakarlığı ilə bağlı hökmünü noyabrın 26-na qədər təxirə salıb. 
"İnformator.az" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu iş üzrə qərar sentyabrın 16-da, yəni sabiq prezidentin digər cinayət ittihamları üzrə ilk dəfə hökm oxunmasına cəmi iki gün qalanda veriləcək. 

“Bir iş günü belə müraciət üçün əsassız olaraq qısa müddətdir.  Tələsməyə davam etmək üçün heç bir səbəb yoxdur”, - deyə Trampın vəkilləri Todd Blanş və Emile Beauvais avqustun 14-də verdiyi bəyanatda bildiriblər.

Bundan əvvəl Tramp seçkiyə müdaxilə cəhdi ilə bağlı yeni iş üzrə dinləmələrdə iştirakdan imtina etməsi barədə məhkəməyə məlumat verib. Keçmiş Amerika lideri ilkin dinləmədə iştirak etmək hüququndan imtina etdiyini və vəkilinə bütün ittihamlar üzrə təqsirsiz olduğunu bəyan etmək səlahiyyəti verdiyini bildirib.

 

Banuçiçək Kalbalıyeva