Ağır olan kitablardır, yoxsa dərs yükü?-RƏY

Tarix: 21:59 15.10.2024
Orta ümumtəhsil müəssisələrində dərs yükünün ağırlığı və şagirdlərin bundan əziyyət çəkməsi uzun müddətdir ki, müzakirə olunan məsələlərdəndir.
Bu barədə "informator.az"a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda orta məktəblərdə keçirilən dərslərdə dərs yükü bir o qədər də çox deyil:
"Sadəcə olaraq məzmun cəhətdən şagirdlər oxuyub anlama ilə bağlı müəyyən çətinliklər yaşayırlar. Bunun da qarşısını almaq üçün dərsliklərdə şagirdlərin oxuyub anlaya biləcəyi formatda hazırlanması daha məqsədəuyğun olar. Valideyinlər bununla bağlı daha çox ondan şikayətçidirlər ki, onlar dərslikdən əlavə digər materiallar yəni sinifdənxaric oxu üçün istifadə olunacaq vəsaitlər tələb olunur. Və həmin vəsaitlərdən çalışmalar öz əksini tapır. Bunu da şagirdlər evdə işlədikləri zaman dərs yükünün ağır olmasına gətirib çıxarır. Elm və Təhsil nazirliyinin müvafiq dərsliklərində həmin çalışmalar verilib. Bu mövzular, çalışmalar müəyyən mövzunu anlamaqla bağlı kifayət edir. Amma bunun paralelində hansısa nəşriyyatların, mətbəələrin də dərsliklərindən istifadə olunsa, adətən bunu müəllimlər tələb kimi qoyursa və o dərsliklər əldə olunur. Şagirdlər həmin dərsliklərdən də müvafiq çalışmaları icra edərkən bu, şagirdlərin yorğun düşməsi ilə nəticələnir. Ona görə də valideyinlər bundan narazıdırlar. Elm və Təhsil nazirliyi və eyni zamanda məktəbəqədər və Ümumtəhsil üzrə Sövlət Agentliyi bu istiqamətdə mütləq iş görməlidir".
Mehriban Nəsibova

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2025-ci il fəaliyyət planına uyğun olaraq, Daxili İşlər Nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı cənab Seyfulla Əzimova “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimlərin keçirilməsi ilə bağlı rəsmi müraciət ünvanlamışdır.