Ermənistanda indiyədək konstitusiyaya dəyişiklik üzrə keçirilən referendumların heç biri xalqın iradəsini əks etdirməyib

Bölmə: Siyasət › ,
Tarix: 16:36 22.04.2025

“Sputnik Armenia”nın yayımladığı xəbərə görə, bunu adıçəkilən ölkənin Baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib ki, Ermənistan cəmiyyəti ilə qanunçuluq arasındakı uçurum məhz bununla əlaqədardır.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Ermənistan da hakim dairə ilə müxalifət arasında çox böyük ziddiyətlər var və onlar artmaqdadır.

 

"Hazırda Ermənistanda hakim dairə ilə müxalifət arasında böyük ziddiyətlər var və bu ziddiyyətlər artmaqdadır. Keçmiş hakimiyyətlərin niyyətinin məğzində dayanan əsas məsələ ondan ibarətdir ki, qondarma Qarabağ hərəkatını dirçəltməyə yönəlib. Bir neçə dəfə N. Paşinyan bildirib ki, Qarabağ hərəkatı demək olar ki, ölkənin gələcəyini qurban verib. Amma köhnə hakimiyyətlərin də nümayəndələri bir tərəfdən qeyd edirlər ki, zamanında Qarabağı artıq ələ keçirdib, zəfər çalıb və o ideya Qarabağ hərəkatı özlüyündə Ermənistan dövlətçiliyinin və suverenliyinin təməlini təşkil edib. buradan da göründüyü kimi böyük ziddiyət əmələ gəlib. Çünki köhnə hakimiyyətin təmsilçiləri bildiriblər ki, onlar üçün insanların həyat tərzi bir o qədər də vacib əhəmiyyət kəsb etmir, əslində, Qarabağı ələ keçirməklə öz müstəqilliklərini həm əldə edib, həm də müstəqilliklərinə yolu açanda məhz bu Qarabağı ələ keçirmək nəzəriyyəsi idi. N. Paşinyan bu məsələ ilə qəti razılaşmır. O bildirir ki, bu çox yanlış fikirdir, ümumiyyətlə, ölkə qanunvericiliyində boşluqlar var və eləcədə ziddiyətli məqamlar var ki, onlar ölkəni inkişaf, dirçəlmə proseslərinə kökləndirməyə maneəçilik törədir. Əlbəttə ki, N. Paşinyanın yanaşması son dərəcə sağlamdır və o birdən-birə niyyətlərini açıqlaya bilmir. Çünki ölkədaxilində çox böyük islamofobiya, türkafobiya var. Digər tərəfdən faşizm elementləri yenidən baş qaldırır. Deyə bilərik ki, Ermənistan faşist dövlətdir. Burada heç bir şişirtmə yoxdur. Əksinə, burada gerçəklik öz əksini tapır. Bununla da görürük ki, hakimiyyət nə dərəcədə böyük iztirablarla, zülmlərlə üz-üzədir. Son günlər ərzində də V. Gukasyanın Gümrüdə mer seçilməsi də vəziyyətə yeni gərginlik gətirir. Çünki faktiki olaraq, qələbə də N. Paşinyan məğlub olub, amma hər halda V.Gukasyanın qələbəsində çalışan bir partiya deyildi, bütün müxalif qurumlar hamısı bu istiqamətdə N. Paşinyanın hakimiyyətinə nifrətini, mübarizəsini açıqlamaq şəraitində qalıb. V. Gukasyanın mer seçilməsi və sonra onun qeyd etməsi ki, Baş Nazir də olmağa hazırdır, eyni zaman da Rusiya və Belarusiyayla müttəfiq dövlətlərə qatılmağa hazırdır. Bu Moskvaya özünə məxsus mesaj idi ki, biz Paşinyanı devirməyə hazırıq, siz bizə kömək edin. Digər tərəfdən də Moskva da bu TASİŞ şirkətinin nümayəndələri bütün erməni əsilli biznesmenləri də ölkəyə gətirib sonra Arabramyan da, Rusiya Ermənilər İttifaqının rəhbəri də gəlib. Rusiya Ermənilər İttifaqının rəhbəri bildirib ki, ölkənin bədbəxtçilikləri N.Paşinyanın hakimiyyətindən irəli gəlir. Bu hakimmiyət qüvvədə qalsa, biz heç nəyə nail ola bilməyəcəyik. Burdan da bəllidir ki, rusiyapərəst qüvvələr özlərinə məxsus tərzdə həm birləşir, digər tərəfdən cəbhə yaratmaq niyyətini güdürlər. Ancaq bunlar düşünürəm ki, özlüyündə N. Paşinyan üçün hələki təhlükəli deyil, çünki N.Paşinyan nəzarəti hələdə öz əlində saxlaya bilib. Hər hansı ciddi təhdid olsa, o ona mütləq cavab vermək məcburiyyətində qalacaq. Hələki bu proses baş vermir və mövqe qarşıdurması gedir. Əgər proses bu axarda gedərsə, düşünürəm ki, Paşinyan vaxt qazanaraq, növbəti seçimlərə qədər hakimiyyətini saxlayacaq və seçkilər zamanı qələbə əldə edəcək. Xalq və qanunçuluq arasın da sözsüz ki, uçurum var. Deməli, keçmiş prezidentlərin fəaliyyəti pozğunçuluq qüvvəsini özündə saxlayır və onlar çalışırlar ki, insanları kortəbii şəkildə yalan hədəflərə doğru aparsınlar. Amma N.Paşinyan hər halda çalışır insanlara göstərsin ki, qanunvericilik də ciddi qüsurlar, nöqsanlar , boşluqlar var. Onları aradan qaldırmaq lazımdır. N.Paşinyan qətiyyətli addımlar atmaqdan bir qədər çəkinir. Cəmiyyətin türklərə qarşı olan aqressiyası, özlərini yekəxana aparmaları, ağıllı zənn etməsi və s. bunların hamısı erməni cəmiyyətinə xass olan göstəricilərdir. Ona görə də bu proseslər də N.Paşinyan gərək çox ehtiyyatla hərəkət etsin. Siyasi müqavimətini itirməsin, hüquqi islahatlarını keçirsin. Ermənistan normal dövlətə çevrilməkdən ötrü gərək birinci olaraq, xarici əlləri özündən qoparsın, amma bu hələki mümkün deyil. Burada bir neçə güc mərkəzləri var ki, onlar idarəçilik də ən azı üstünlük qazana bilmirlərsə, hər halda N.Paşinyanın hakimiyyətinə maneəçilik törətmək də mahir ustalıq göstərirlər ki, o öz istəyinə nail ola bilməsin. Bu baxımdan anlayıram ki, N.Paşinyanın bu təmkinli yanaşması əgər onu kritik xətlərdən uzaq saxlaya biləcəksə, o zaman N.Paşinyan son da qalib gələ bilər".

 

Səmayə Səftərova