60 yaşdan sonra boşanmalara səbəb nədir?

Bölmə: Sosial › ,
Tarix: 08:12 21.10.2024

60 yaşdan sonra boşanan şəxslərin sayı açıqlanıb. Dövlət statistika komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 60 yaşdan yuxarı boşananların sayı 1060-a çatıb.

Bəs bu yaş dövründə boşanmalara səbəb nədir?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova "informator.az"a açıqlamasında bildirib ki, əvvəllər boşananlar ancaq gənclər arasında olurdu:

"Son dönəmdə görürük ki, evliliyin müddəti həqiqətən çox qısalıb. Qabaqlar bir necə ildən sonra boşanırdılarsa, indi 6 ay, 8 ay sonra boşanan çütlüklər tapıldı. Həmçinin boşananların içində yaşlılarda var. Hətta 65 yaşında boşanan bir pasiyentim var idi. Xanım qeyd etdi ki, mən illərlə bu insana dözmüşəm, artıq 5 il ömrüm ya qalıb ya qalmayıb, mən bu insandan ayrı yaşayıb, rahat olmaq istəyirəm.
Yəni son dönəmdə insanlarda aqressiya, əsəb, gərginlik pik həddindədir. Bunun fonunda artıq insanlar çox şeylərə davam gətirə bilmir. Çox məyus oluram ki, Azərbaycanda dövlət boşananda psixoloq verir. Evlənəndə isə psixoloq vermir ki, görəsən xasiyyətim uyğundurmu mən bu insanla ailə qurum".


Psixoloqun sözlərinə görə, əvvəllər insanlar utanırdılar ki, boşanmayım indi isə elə deyil:

"Artıq kişilər daha ehtiyatlı olmalıdır, çünki qadın hər an boşanma qərarın verə bilir. Ayrılan hər bir insana biz normal baxmalıyıq. Biz onları təqsirləndirməli deylik. Bir insan ayrılırsa, demək o evlilikdə xoşbəxtlik görmür. Sadəcə evliliyin şərtlərini istər qadınlar, istər də kişilər üçün ağırlaşdırmaq lazımdır. Son dönəmlərdə 60 yaşından sonra insanların boşanma hallarına rast gəlirik. Bu hallar insanın dözülməz həddə çatdığı və səbrinin sonluğudur. İnsan hansı yaşda olursa olsun bir ayılır və baxır görür ki, ətrafındakılar çox şeylərə dözməyib boşanır, amma mən bunlara dözmüşəm artıq dözmək istəmirəm. Qısaca bir qadın boşanırsa, o evlilikdə artıq çıxış yolunu görmür deyə boşanır".

Elnurə Kərimova



Bölmədən digər xəbərlər
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının 2025-ci il Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək təlimlər barədə məlumat
İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası 2025-ci il fəaliyyət planına uyğun olaraq, Daxili İşlər Nazirinin birinci müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı cənab Seyfulla Əzimova “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimlərin keçirilməsi ilə bağlı rəsmi müraciət ünvanlamışdır.