Səssiz qatil: Necə edək ki, dəm qazının qurbanına çevrilməyək?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:21 31.10.2024

Hər kəs onu "səssiz qatil" adlanırır. Çünki səssiz gəlir. Varlığını hiss edə bilmirsən. Hər il onlarla insan, bu qatilin qurbanına çevrilir. Bunun qarşısını almaq öz əlimizdə olsa da, çox zaman laqeydliklə yanaşmağımız səssiz ölümə gətirib çıxarır.

Bəs, dəm qazından zəhərlənmədən qorunmaq üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı "informator.az"a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, ümumiyyətlə qaz təsərrüfatı harda varsa, orda təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır:

"Çünkü qazın fiziki kimyəvi xassəsi yanır,partlayır düzgün istismar olunmadıqda dəm qazına səbəb olur. Ona görə qaz təsəərüfatı olan yerdə mütləq təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır. Dəm qazı və qaz sızması əlehinə dedektorlar olmalıdır. Bu qanunvericiliklə təsbit olunur. Bu dedektorların işi olduqca funksionaldır. Yəni qaz sızması olan anda klapan bağlanır, qazın təhcizatı dayanır, bir faciənin qarşısı alınır. Dəm qazı əmələ gələndə dəm qazı əlehinə olan dedektor xüsusi səs siqnalı vasitəsilə məlumat verir və istehlakçının bununla bağlı məlumatı olur. Bədbəxt hadisənin yaşanmasının qarşısını alır".

Ekspert dəm qazının yanma prosesi düzgün getmədikdə yarandığını bildirir və qorunma yollarından bəhs edir:

"Yanma prosesi isə otaqda kifayət qədər hava olmadıqda, tüstü bacaları işlək vəziyyətdə olmadıqda standartlara cavab verməyən qaz sobalarından istifadə etdikdə pozulur. Və nəticədə dəm qazı əmələ gəlir. Ona görə qaz cihazı olan otaqda mütləq havalandırma, nəfəslik mütləq olmalıdır. Tüstü bacası da eynən işlək vəziyyətdə, standartlara uyğun olmalıdır. Yəni tüstü bacasında dəlik-deşik, çat, ağzı tıxanmış vəziyyətdə, içində məişət qalığı olmamalıdır. Qaz peçləri mətbəxdə otağın kvadratına uyğun olmalıdır. Əgər mətbəxdə ikigözlü qaz peçi varsa, otağın kvadratı minimum səkkiz kvadrat, üç gözlü qaz peçi varsa da on iki kvadrat, dördgözlü qaz peçi üçün isə minumum 15 kvadrat olmalıdır. Bu otağda kifayət qədər havası olması üçündür. Dəm qazı əsasən hamam otaqlarında yaranır, çünki hamam otaqlarında ptiminutka və yaxud qaz çəni deyilən qaz peçləri var. Təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının olması məqsədəuyğun deyil. Ancaq quraşdırılıbsa, mütləq orda havalandırma, vintiliyasiya dəm qazı əlehinə dedektor olmalıdır. Və tüstü bacası işlək vəziyyətdə olmalıdır. Belə  olan halda əlbbətdə dəm qazının qurbanına çevrilməkdən qorunmuş oluruq. Yəni dəm qazı rəngsiz, iysiz, dadsızdır. Göznən görmək olmur. O qurbanını gözlənilməyən anda yaxalayır ki, insan bundan məlumatlı olmur. Onun üçün mütləq təhlükəsizlik qaydalarına əməl etmək lazımdır ki, dəm qazının qurbanına çevrilməyək".

Mehriban Nəsibova