Plastik qablar insan sağlamlığına ziyan vururmu?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 08:46 01.11.2024

Hazırda ətraf mühiti çirkləndirən əsas faktorlardan biridə plastik qablaşdırma tullantılarıdır. Azərbaycanda istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu il ilə müqayisədə təqribən 2.5 dəfə artıb.

Bəs plastik qablar insan sağlamlığına ziyan vururmu?

Mövzu ilə bağlı tibb üzrə ekspert Adil Qeybulla "informator.az"a açıqlamasında bildirib ki, plastik qabların dünyada istifadəsi ilə bağlı artıq problemlər var:

"Plastik qablar, plastik materiallardan hazırlanan müxtəlif qablaşdırıcı məmulatlar indiyə kimi qida sənayəsində istifadə olunur. Bir halda qida maddələri uzun müddət plastiklərin tərkibində qaldıqda, artıq dioksin adlı toksiki maddə ayrılır və bunun özüdə orqanizmin xroniki zəhərlənməsinə və digər fəsadlara gətirə bilər.
Biz dünya səhiyyə təşkilatının tövsiyələrinə uyğun öz işimizi qurmalıyıq. Mümkün qədər zərərli maddələri, materialları özümüzün gündəlik məişətimizdən, qidamızdan ayırmalıyıq".


Elnurə Kərimova