Bəzi insanlar ünsiyyət qurarkən niyə çətinlik çəkirlər?

Tarix: 18:10 19.11.2024
Ünsiyyət insanın gündəlik həyatında və iş mühitində müvəffəqiyyətin açarıdır. Lakin, bəzi insanlar üçün ünsiyyət qurmaq ciddi bir çətinlik yaradır.
Bəs insanlar bunun öhdəsindən necə gələ bilər?
Mövzu ilə bağlı psixoloq Nuranə Cəfərova "informator.az"a açıqlamasında bildirib ki, ünsiyyətin zəifliyi ailədən başlayır:
"İnsanın bütün ilkin həyatı və bünövrəsi onun ailəsindəki mühitdən irəli gəlir. Sağlam olmayan ailə mühitindən çıxan bir şəxs birmənalı olaraq gələcəkdə həm iş, həm də şəxsi həyatında uğurlu addımları ata bilmir. Yəni təbii ki, daha sonra bu problemlər özünə inama da təsir edir. Bununla əlaqəli olaraq qarşısındakı insanla ünsiyyət qurma problemi yaranır".
Psixoloqun sözlərinə görə, hazırdaki dövrü də, nəzərə alsaq robotlaşma dövrüdür və hər şey artıq texnologiya ilə həyata keçir və ünsiyyət olmadığına görə də insanlarda özünü ifadə çətinlikləri yaranır:
" İndiki dövrü nəzərə alsaq hər şey artıq online həyata keçir və ünsiyyətə girmə çətinlikləri yaranır".
Sevinc Zeynalova