Havayidə Kilauea vulkanı yenidən lava püskürtdü

Tarix: 17:08 13.02.2025
Dünyanın ən aktiv vulkanlarından biri kimi göstərilən Havayidəki Kilauea Vulkanı yenidən lava püskürdüb. Dünyanın ən aktiv vulkanlarından olan Kilaueada 1983-cü ildən bəri partlayışlar baş verir.
Kilauea Vulkanı 23 dekabrdan bəri müəyyən fasilələrlə aktivliyini davam etdirir. Havayi Vulkan Rəsədxanasının yaydığı yazılı açıqlamada, vulkanın yerli saatla 10:16 radələrində 9-cu dəfə təxminən 100 metrə qədər lava püskürtdüyü və göyə tüstü qalxdığı qeyd olunub. Vulkanın fəaliyyətinin Havayi Vulkanları Milli Parkının içindəki zirvə kraterində baş verdiyi vurğulanaraq, milli parkda ziyarətçilərə təhlükəsizlik üçün bağlı ərazilərdən uzaq durmaları və zərərli qazlara qarşı diqqətli olmaları tövsiyə edilir.
Bəşirova Əsmər
A haber