“Tramp Rusiya-Ukrayna müharibəsini təkbaşına deyil, Ərdoğanla tənzimləmək istəyir”-ŞƏRH

Tarix: 21:18 19.02.2025
Ankarada Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş keçirilib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “informator.az”a açıqlamasında bildirib ki, Türkiyənin Suriyada müxaliflərə dəstək verməsi, yekunda Bəşər Əsəd rejiminin devrilməsi tam olmasa da , ABŞ maraqlarına uyğundur:
“Tramp Ərdoğanın Suriyada etdiklərindən sonra Rusiya-Ukrayna müharibəsini təkbaşına deyil, Türkiyə və Ərdoğanla tənzimləmək istəyir. Bu məsələdə Tramp Ər-Riyadda keçirilən Rusiya nüməyəndələri ilə görüşə fokuslandı. Ərdoğan isə Ukrayna prezidenti ilə danışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında isə deyib ki, "Mən Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım. Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq", - Ərdoğan bildirib.
Rusiya-Ukrayna müharibəsinin hərbi əməliyyatlar fazası mütləq bitməlidir. Sülh müqaviləsinin imzalanması çətin olsa da , tərəflər arasında atəşkəs sazişi imzalana bilər. ABŞ atəşkəsə Rusiyanı, Türkiyə isə Ukraynanı razı salmağa çalışır.
Rusiya Prezidenti Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Rusiyaya sanksiya tətbiq etmək , ya da müharibəni uzatmaq əbəsdir. Ukraynanın torpaqlarını işğaldan azad etməsi üçün vaxta ehtiyacı var.
Trampı düşündürən daha mühüm məsələlər olduğunu nəzər alsaq , atəşkəsin imzalanmasından sonra prosesi Türkiyəyə həvalə edəcək. Yəni Ankara Ukrayna ordusunu yenidən tərtib edib gələcəkdə fərqli reallıqlarda torpaqların işğaldan azad edilməsinə hazırlıq görə bilər”.
Kəmalə Vəliyeva