Civə nazirlik əməkdaşlarını hərəkətə keçirdi

Bölmə: Hadisə › ,
Tarix: 11:45 04.11.2015

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.

FHN-nin rəsmi saytında verilən məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 10:30-da başa çatıb.