Cənubi Qafqazda güc və sülhün təminatçısı-Azərbaycan və Pakistanın hərbi əməkdaşlığı

Bölmə: Siyasət › ,
Tarix: 19:18 26.02.2025

Azərbaycanla Pakistan arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir.


Bu fikirləri “İnformator.az”a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü bildirib. Onun sözlərinə görə, əməkdaşlıq siyasi, iqtisadi, mədəni, təhsil, texnoloji və digər istiqamətləri əhatə edir:
“Həmçinin, hərbi sənaye və hərbi sahələrdə də əməkdaşlıq mükəmməl şəkildə inkişaf edir. Bu əməkdaşlıq tərəflər üçün faydalı nəticələr doğurur. Azərbaycana gəldikdə isə, Pakistanın hərbi sənaye kompleksinə aid məhsullar, o cümlədən qırıcı təyyarələr əldə etməsi, ölkəmizin müdafiə sənayesinin güclənməsində mühüm rol oynayır”.


Şərhçi bildirir ki, Azərbaycan hərbi potensialı baxımından Cənubi Qafqazda və dünyada aparıcı ölkələrdən biridir:
“Lakin, biz bu gücümüzə baxmayaraq, Cənubi Qafqazda heç bir ölkəyə, hətta Ermənistan kimi düşmənə də belə hərbi təhdid, hədə-qorxu və digər bu cür dil ilə yanaşmırıq. Biz heç bir dövlətin təhlükəsizliyini təhdid etmədən, daha çox sülh və stabillik üzərində fokuslanırıq”.


Mübariz Göyüşlü sonda əlavə edir ki, Azərbaycanın hərbi sənayedə güclənməsi Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına xidmət edir:
“Eyni zamanda, regionda və dünyada sülhün möhkəmlənməsinə töhfə verir. Bu yanaşma həm region, həm də dünya tərəfindən müsbət qiymətləndirilir”, - deyə o, yekunlaşdırıb


Rüfət Nəbiyev